İstifadəçi Razılaşması
Bu İstifadəçi Razılaşması (bundan sonra – "Razılaşma") "DİGİTAL BRİDGE" MMC (bundan sonra – "Portal", "Operator" və ya "Administrasiya") ilə onun xidmətlərindən istifadə edən fiziki/hüquqi şəxslər (bundan sonra – "İstifadəçi") arasındakı hüquqi münasibətləri müəyyən edir.
1. Terminlər və Təriflər
Portal – İstifadəçiləri və İcraçıları (Ustaları) əlaqələndirən, mülkiyyət hüququ Operatora məxsus olan mobil tətbiq.
Operator (Administrasiya): Portala sahiblik edən, onun texnoloji fəaliyyətini idarə edən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş " DİGİTAL BRİDGE " MMC (VÖEN: 1407690041).
İstifadəçi – Portalda qeydiyyatdan keçmiş, Portalın xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs.
Sifarişçi - Müxtəlif işlərin görülməsi və (ya) xidmətlərin göstərilməsi üçün İcraçı (Usta) axtaran fiziki və ya hüquqi şəxs.
İcraçı (Usta) – Portalda müstəqil şəkildə qeydiyyatdan keçmiş, öz riski ilə fəaliyyət göstərən və İstifadəçilərə işlərin görülməsini və (ya) xidmətlərin göstərilməsini təklif edən fiziki şəxs, fərdi sahibkar və ya hüquqi şəxs.
Şəxsi kabinet – Portalda qeydiyyatdan keçdikdən sonra İstifadəçi və İcraçı (Usta) üçün yaradılan fərdi idarəetmə bölməsi.
Sifariş – İstifadəçi tərəfindən Portal vasitəsilə yaradılmış, müəyyən işlərin görülməsinə və (və ya) xidmətlərin göstərilməsinə yönəlmiş elektron sorğu (elan).
Təklif – İstifadəçi tərəfindən yaradılmış Sifarişin icrası məqsədilə İcraçı tərəfindən Portal vasitəsilə göndərilən, xidmət haqqını, icra müddətini və digər şərtləri özündə əks etdirən elektron müraciət.
Bu İstifadəçi Razılaşmasında istifadə edilən və bu bölmədə əks olunmayan hər hansı termin və anlayışlar Razılaşmanın mətnindən irəli gələn mənaya uyğun şərh ediləcəkdir. Razılaşmada istifadə olunan terminin və ya tərifin təfsiri ilə bağlı hər hansı fikir ayrılığı yaranarsa, Qanunla tənzimlənən şərh tətbiq olunacaq.
2. Razılaşmanın Predmeti və Portalın Statusu
2.1. Bu Razılaşmanın predmeti Operator tərəfindən İstifadəçiyə İcraçıların tapılması və Sifarişlərin yerləşdirilməsi məqsədilə informasiya və elektron xidmətlərin, eləcə də texniki imkanların təqdim edilməsidir.
2.2. İstifadəçi Portalın xidmətlərindən istifadə etməklə, bu Razılaşmaya qoşulur və Portalın xidmətlərindən istifadə qaydalarına əməl etmək üçün onun şərtlərini və öhdəliklərini qəbul edir.
2.3. Operator yalnız informasiya vasitəçisi qismində çıxış edir və heç bir halda İcraçının işəgötürəni, nümayəndəsi və ya tərəfdaşı hesab olunmur. Portal tərəflər arasında əmək münasibətləri yaratmır.
2.4. İstifadəçi ilə İcraçı arasında işlərin görülməsinə və (və ya) xidmətlərin göstərilməsinə dair razılaşma birbaşa tərəflər arasında bağlanır, Portal bu münasibətlərdə tərəf və ya zamin qismində çıxış etmir.
2.5. Bu Razılaşma İstifadəçilər tərəfindən Portaldan istifadə şərtlərini müəyyən edir.
2.6. Portalın materiallarından və xidmətlərindən istifadə mövcud qanunvericiliyin, habelə bu Razılaşmanın normaları ilə tənzimlənir.
2.7. Fərdi xidmətlərin göstərilməsi xüsusi qaydalar və/və ya razılaşmalarla tənzimlənə bilər.
3. Tərəflərin Hüquq və Vəzifələri
3.1. İstifadəçinin hüquq və vəzifələri:
3.1.1. İcraçını sərbəst seçmək, işin (xidmətin) dəyərini və icra şərtlərini müstəqil olaraq razılaşdırmaq;
3.1.2. Sifariş yerləşdirərkən işin təsviri, icra ünvanı və əlaqə vasitələri daxil olmaqla tam və dəqiq məlumatlar təqdim etmək;
3.1.3. Portalda fəaliyyət (o cümlədən qiymətləndirmə) zamanı obyektiv olmaq, üçüncü şəxslərin şərəf və ləyaqətini alçaldan, hədə-qorxu, böhtan və təhqiramiz ifadələrə yol verməmək, habelə haqsız rəqabətə səbəb olan hərəkətlərdən çəkinmək;
3.1.4. Dələduzluq və ya digər şəxsləri yanıltmaq məqsədilə yalan və çaşdırıcı məlumatlar təqdim etməmək, saxta profil yaratmamaq və başqa şəxslərin adından çıxış etməmək;
3.1.5. Sistemin fəaliyyətinə, məlumat bazasına və ya digər şəxslərə zərər vurmağa, habelə icazəsiz müdaxiləyə yönəlmiş kompüter virusları və ya digər zərərli proqram təminatlarından istifadə etməmək;
3.1.6. Portala giriş üçün təsdiq kodunun və şifrənin məxfiliyini qorumaq, habelə Şəxsi kabinet vasitəsilə həyata keçirilən bütün əməliyyatlara və fəaliyyətlərə görə şəxsən məsuliyyət daşımaq.
3.1.7. İstifadəçi aşağıdakı mənbələrə dəstək verməməyi və onların təqdim etdiyi xidmətlər haqqında məlumat yaymamağı öhdəsinə götürür:
- Digər ticarət platformaları, internet-hərraclar və/və ya internet mağazalar;
- Saytda təqdim edilən məhsul və xidmətlərə görə eyni və ya daha az qiymət təklif edən digər saytlar;
- Saytda satışı qadağan olunmuş məhsul və xidmətləri təklif edən digər saytlar.
3.1.8. İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və bu Razılaşmaya uyğun olaraq hərəkət etməyi, eləcə də qanunvericiliyə uyğun olaraq, Portal və onun xidmətlərindən istifadə edərkən yol verdiyi hərəkətlərə və hərəkətsizliyə görə tam və müstəsna məsuliyyət daşımağı öhdəsinə götürür.
3.2. Operatorun hüquq və vəzifələri:
3.2.1. Portalın texnoloji infrastrukturunun fasiləsiz və işlək vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görmək;
3.2.2. İstifadəçi tərəfindən qaydalar pozulduqda, əvvəlcədən xəbərdarlıq etmədən və hər hansı kompensasiya ödəmədən hesabı məhdudlaşdırmaq, bloklamaq və ya silmək;
3.2.3. Portalın siyasətinə zidd olan hər hansı Sifarişi və (və ya) rəyi səbəb göstərmədən redaktə etmək, ləğv etmək və ya silmək;
3.2.4. Qeydiyyat zamanı İstifadəçi tərəfindən daxil edilmiş mobil nömrənin (və ya e-poçt ünvanının) verifikasiyasını həyata keçirmək və yalnız bundan sonra Şəxsi kabinetə girişi təmin etmək.
3.2.5. Administrasiya istənilən vaxt İstifadəçidən elan yerləşdirərkən qeyd etdiyi məlumatların təsdiqini və təsdiqedici sənədlər tələb etmək hüququnu özündə saxlayır.
4. Mesajlar və Kommunikasiya Xidməti
4.1. İstifadəçilər və İcraçılar işin detallarını müzakirə etmək üçün Portalın daxili "Mesajlaşma" xidmətindən istifadə etmək hüququna malikdirlər
4.2. Administrasiya təhlükəsizliyi təmin etmək və dələduzluq hallarının qarşısını almaq məqsədilə fərdi mesajları mütəmadi nəzərdən keçirmək hüququnu özündə saxlayır;
4.3. Administrasiya tərəfindən İstifadəçinin təqdim etdiyi əlaqə vasitələrinə (SMS, e-poçt və s.) Portalın fəaliyyəti ilə bağlı müxtəlif məlumatlandırıcı bildirişlər göndərilə bilər.
4.4. Administrasiya İstifadəçilərə Portalın fəaliyyəti, reklam və xəbər göndərişləri, Saytın yeni funksiyaları və s. ilə bağlı İstifadəçilərin göstərdiyi elektron poçt ünvanlarına və ya telefon nömrələrinə həmçinin Portalın özündə də təkrarlanmış ola biləcək elektron məktublar və/və ya qısa mesajlar (SMS) göndərmək hüququnu özündə saxlayır.
5. Məsuliyyətin Məhdudlaşdırılması
5.1. Operator İcraçı və İstifadəçi arasındakı öhdəliklərin icrasına, xidmətlərin keyfiyyətinə, təhlükəsizliyinə və vaxtında görülməsinə görə heç bir məsuliyyət daşımır.
5.2. İcraçının hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində İstifadəçiyə, üçüncü şəxslərə, onların əmlakına və ya sağlamlığına dəyən birbaşa və (və ya) dolayı zərərə, habelə əldən çıxmış faydaya görə Operator məsuliyyət daşımır. İcraçının seçilməsi və obyektə (məkana) buraxılması riski tamamilə İstifadəçinin üzərinə düşür.
5.3. Administrasiya İcraçı tərəfindən bəyan edilən bacarıqların, sertifikatların və təcrübənin doğruluğunu yoxlamır və buna zəmanət vermir. Portalda əks olunan reytinqlər yalnız informativ-statistik xarakter daşıyır.
5.4. Operator rabitə qəzaları, internet kəsintiləri, server xətaları və digər qarşısıalınmaz qüvvə nəticəsində yaranan problemlərə görə məsuliyyət daşımır.
5.5. Tərəflər arasında yaranan mübahisələr Administrasiyanın iştirakı olmadan bilavasitə onların öz aralarında həll edilir. Bununla belə, Administrasiya daxil olan şikayətlərə baxmaq hüququnu özündə saxlayır.
5.6. Administrasiya İstifadəçilər tərəfindən elanlarda yerləşdirilən məlumatların doğruluğuna nəzarət etmir və elanların məzmununa, eləcə də doğruluğuna görə heç bir məsuliyyət daşımır. Administrasiya hər hansı mesajların məzmununa, habelə İstifadəçilərin əlaqə məlumatlarının digər şəkildə istifadəsinə görə məsuliyyət daşımır.
5.7. İstifadəçinin Portaldakı məlumatlardan istifadə edərək qurduğu digər əlaqələrlə bağlı istənilən mümkün itki və zərərlərə Operator görə məsuliyyət daşımır.
5.8. Administrasiya üçüncü şəxslər tərəfindən Portala və ya Portal vasitəsilə ötürülə bilən istənilən proqram təminatının nöqsanları, nasazlığı və digər texniki problemlərə, eləcə də proqram virusları və bu kimi nöqsanlara görə məsuliyyət daşımır.
5.9. Administrasiya, qəsdən yol verilmiş və ya kobud səhv nəticəsində dəymiş birbaşa zərər istisna olmaqla, Portaldan istifadə ilə bağlı hər hansı potensial birbaşa və dolayı zərərə görə məsuliyyət daşımır.
6. Maliyyə Şərtləri və Fərdi Məlumatlar
6.1. Operator xidmətlərə görə xidmət haqqı tətbiq etmək hüququnu özündə saxlayır.
6.2. İstifadəçi və İcraçı arasında maliyyə hesablaşmaları (xidmət haqqı) Operatorun iştirakı olmadan bilavasitə həyata keçirilir.
6.3. İstifadəçi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, fərdi məlumatlarının toplanmasına, işlənməsinə və Sifarişin icrası məqsədilə İcraçıya ötürülməsinə razılıq verir. Operator həmin məlumatların İcraçı tərəfindən qanunsuz istifadəsinə görə məsuliyyət daşımır.
6.4. Portalda ödənişli xidmətlər tətbiq edildiyi təqdirdə, müvafiq qaydada göstərilmiş xidmətlərə görə ödənilmiş vəsait geri qaytarılmır.
6.5. Qanunvericiliyin və ya bu Razılaşmanın şərtlərini pozan (məsələn: dələduzluğa cəhd, spam, təhqiramiz məzmun və s.) Sifarişlər Administrasiya tərəfindən ləğv edildikdə, həmin Sifarişlər üzrə tutulmuş vəsaitin geri qaytarılması məsələsi xidmətin icra vəziyyətindən asılı olaraq Administrasiyanın müvafiq qərarı ilə tənzimlənir.
7. Əqli Mülkiyyət və Portaldan İstifadə
7.1. Administrasiya Portalın, onun proqram təminatının və dizaynının müstəsna hüquq sahibidir.
7.2. Administrasiyanın yazılı razılığı olmadan Portalın infrastrukturunu həddən artıq yükləyən avtomatlaşdırılmış proqramlardan (robot, bot və s.) istifadə etmək, habelə məlumatların surətini çıxararaq digər resurslarda yayımlamaq qadağandır.
7.3. İstifadəçi Portalda yerləşdirdiyi materiallar (sifariş, təsvir, rəsm, fotoşəkil və s.) üzərindəki əqli mülkiyyət hüquqlarını özündə saxlamaqla yanaşı, həmin materiallardan istifadə edilməsi, onların yayımlanması, surətinin çıxarılması, emalı və nümayişi üçün Administrasiyaya əvəzsiz və müddətsiz hüquq verir.
8. Şəxsi Kabinetin Ləğv Edilməsi
8.1. İstifadəçi istənilən vaxt Şəxsi kabinetini ləğv etmək hüququna malikdir.
8.2. Dələduzluq hallarının və mənfi rəylərdən yayınma cəhdlərinin qarşısının alınması məqsədilə Şəxsi kabinet ləğv edildikdən sonra 30 (otuz) təqvim günü ərzində eyni telefon nömrəsi və ya e-poçt ünvanı ilə yeni profilin yaradılması qadağandır.
8.3. Portalın funksional imkanlarından istifadəsi məhdudlaşdırılmış və ya məlumatları etibarlılığını itirmiş (bloklanmış) İstifadəçinin Administrasiyanın icazəsi olmadan Portaldan yenidən istifadə etmək hüququ yoxdur.
9. Mübahisələrin Həlli və Digər Şərtlər
9.1. Bu Razılaşmadan irəli gələn bütün hüquqi münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
9.2. Operator və İstifadəçi arasında yaranan mübahisələr ilkin olaraq danışıqlar (o cümlədən support@digital-bridge.az ünvanına yazılı müraciət) yolu ilə həll edilir. Razılıq əldə olunmadıqda isə mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.
9.3. Operator istənilən vaxt bu Razılaşmaya birtərəfli qaydada dəyişikliklər etmək hüququna malikdir. Yenilənmiş şərtlər Portalda dərc edildiyi andan qüvvəyə minir və Portaldan istifadənin davam etdirilməsi həmin şərtlərin qəbul olunması kimi qiymətləndirilir.
9.4. Bu Razılaşmanın hər hansı müddəasının məhkəmə tərəfindən etibarsız və ya icraedilməz hesab edilməsi digər müddəaların etibarlılığına təsir göstərmir və qalan şərtlər öz hüquqi qüvvəsini saxlayır.
9.5. Bu Razılaşma İstifadəçinin Portaldan istifadə etməyə başladığı andan qüvvəyə minir və müddətsiz qüvvədə qalır.
9.6. Bu Razılaşmaya edilən Əlavələr onun ayrılmaz hissəsidir.