Nərbala

İcraçılar üçün İstifadə Şərtləri və Müqaviləsi

Bu Müqavilə (bundan sonra – "Müqavilə") "DİGİTAL BRİDGE" MMC (bundan sonra – "Portal", "Operator" və ya "Administrasiya") ilə Portalda qeydiyyatdan keçməklə istifadəçilərə müstəqil şəkildə xidmətlər göstərən və ya işlər görən fiziki şəxs, fərdi sahibkar və ya hüquqi şəxs (bundan sonra – "İcraçı") arasındakı münasibətləri tənzimləyir.

1. Terminlər və Təriflər

Portal – İstifadəçiləri və İcraçıları (Ustaları) əlaqələndirən, mülkiyyət hüququ Operatora məxsus olan mobil tətbiq.

Operator (Administrasiya): Portala sahiblik edən, onun texnoloji fəaliyyətini idarə edən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş " DİGİTAL BRİDGE " MMC (VÖEN: 1407690041).

İstifadəçi – Portalda qeydiyyatdan keçmiş, Portalın xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs.

Sifarişçi - Müxtəlif işlərin görülməsi və (ya) xidmətlərin göstərilməsi üçün İcraçı (Usta) axtaran fiziki və ya hüquqi şəxs.

İcraçı (Usta) – Portalda müstəqil şəkildə qeydiyyatdan keçmiş, öz riski ilə fəaliyyət göstərən və İstifadəçilərə işlərin görülməsini və (ya) xidmətlərin göstərilməsini təklif edən fiziki şəxs, fərdi sahibkar və ya hüquqi şəxs.

Şəxsi kabinet – Portalda qeydiyyatdan keçdikdən sonra İstifadəçi və İcraçı (Usta) üçün yaradılan fərdi idarəetmə bölməsi.

Sifariş – İstifadəçi tərəfindən Portal vasitəsilə yaradılmış, müəyyən işlərin görülməsinə və (və ya) xidmətlərin göstərilməsinə yönəlmiş elektron sorğu (elan).

Təklif – İstifadəçi tərəfindən yaradılmış Sifarişin icrası məqsədilə İcraçı tərəfindən Portal vasitəsilə göndərilən, xidmət haqqını, icra müddətini və digər şərtləri özündə əks etdirən elektron müraciət.

Bu Müqavilədə istifadə edilən və bu bölmədə əks olunmayan hər hansı termin və anlayışlar Müqavilənin mətnindən irəli gələn mənaya uyğun şərh ediləcəkdir. Müqavilədə istifadə olunan terminin və ya tərifin təfsiri ilə bağlı hər hansı fikir ayrılığı yaranarsa, Qanunla tənzimlənən şərh tətbiq olunacaq.

2. Müqavilənin Predmeti

2.1 Bu Müqavilənin predmeti Operator tərəfindən İcraçıya potensial İstifadəçiləri tapmaq, Sifarişlərə Təklif göndərmək və məlumat mübadiləsi aparmaq üçün informasiya və vasitəçilik xidmətlərinin təqdim edilməsidir.

2.2 İcraçı (Usta) Portalda qeydiyyatdan keçdiyi və ya onun xidmətlərindən istifadə etdiyi andan bu Müqavilənin şərtlərini birmənalı olaraq qəbul edir, xidmətlərdən istifadə qaydalarına riayət etməyi və Müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürür.

3. İcraçının Fəaliyyətinin Müstəqilliyi

3.1. İcraçı birmənalı olaraq qəbul və bəyan edir ki, o, Operatorun işçisi, nümayəndəsi, agenti, ştatdankənar əməkdaşı və ya subpodratçısı deyildir.

3.2. Tərəflər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsindən irəli gələn heç bir əmək münasibəti yaranmır. İcraçı Operatora qarşı əmək qanunvericiliyinə əsaslanan hər hansı tələb və ya iddia irəli sürə bilməz.

3.3. İcraçı öz fəaliyyətini müstəqil şəkildə, öz riski ilə, şəxsi ləvazimatları, alətləri və resursları hesabına həyata keçirir. O, iş rejimini, xidmət metodlarını və İstifadəçi ilə qiymət siyasətini müstəqil müəyyən edir.

3.4. İcraçı göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirlər üzrə vergilərin, məcburi dövlət sosial sığorta haqlarının və digər məcburi ödənişlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ödənilməsinə görə şəxsən məsuliyyət daşıyır. İcraçının vergi və digər dövlət orqanları ilə yarana biləcək hər hansı mübahisələrinə, cərimələrinə və digər öhdəliklərinə görə Operator heç bir məsuliyyət daşımır.

4. Tərəflərin Hüquq və Vəzifələri

4.1 İcraçının hüquq və vəzifələri

4.1.1. Portalda təqdim etdiyi məlumatların (ad, əlaqə vasitələri, peşə ixtisası, sertifikatlar və s.) doğruluğuna və aktuallığına zəmanət vermək;

4.1.2. İstifadəçilərlə münasibətdə etik davranış qaydalarına riayət etmək, işləri peşəkar səviyyədə, təhlükəsizlik texnikası və sanitariya normalarına uyğun, eləcə də razılaşdırılmış müddətdə həyata keçirmək;

4.1.3. Operatorun işgüzar nüfuzuna xələl gətirə biləcək hər hansı hərəkətlərdən çəkinmək. (Qeyd: İstifadəçilərlə kobud rəftar, aldatma və ya öhdəliklərdən boyunqaçırma halları hesabın dərhal və birdəfəlik bloklanmasına səbəb olur)

4.1.4. Digər icraçıların adından istifadə etməmək, reytinq sistemini manipulyasiya etmək məqsədilə saxta sifarişlər və ya rəylər (botlar, tanışlar vasitəsilə və s.) yaratmamaq;

4.1.5. Portal vasitəsilə və ya Sifarişin icrası zamanı İstifadəçiyə dair əldə etdiyi fərdi məlumatları (ad, soyad, telefon nömrəsi, ünvan, ailə vəziyyəti və s.) üçüncü şəxslərə ötürməmək və xidmət bitdikdən sonra onların tam məxfiliyini qorumaq.

4.1.6. Sistemin fəaliyyətinə, məlumat bazasına və ya digər şəxslərə zərər vurmağa, habelə icazəsiz müdaxiləyə yönəlmiş kompüter virusları və ya digər zərərli proqram təminatlarından istifadə etməmək;

4.1.7. Portaldan istifadə çərçivəsində haqsız rəqabət hallarından çəkinmək, Portala məxsus konfidensial məlumatları, xidmət şərtlərini və daxili tarifləri üçüncü tərəflərin (o cümlədən rəqib platformaların) xeyrinə istifadə etməmək və ya yaymamaq, həmçinin Portalda qanunvericiliklə və ya Portalın daxili qaydaları ilə dövriyyəsi qadağan edilmiş yaxud məhdudlaşdırılmış məhsul və xidmətləri təklif etməmək.

4.1.8. İcraçı Sifarişi icra edərkən (xidmət göstərərkən) qəsdən və ya ehtiyatsızlıqdan İstifadəçiyə, üçüncü şəxslərə, habelə onların əmlakına və (ya) sağlamlığına vurduğu hər hansı zərərə görə şəxsən və tam həcmdə məsuliyyət daşıyır.

4.2 Operatorun hüquq və vəzifələri

4.2.1. Portalın texnoloji infrastrukturunun fasiləsiz və işlək vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görmək;

4.2.2. İcraçı tərəfindən qaydalar pozulduqda, əvvəlcədən xəbərdarlıq etmədən və hər hansı kompensasiya ödəmədən hesabı məhdudlaşdırmaq, bloklamaq və ya silmək;

4.2.3. Qeydiyyat zamanı İcraçı tərəfindən daxil edilmiş mobil telefon nömrəsinin (və ya e-poçt ünvanının) verifikasiyasını həyata keçirmək və yalnız bundan sonra Şəxsi kabinetə girişi təmin etmək;

4.2.4. İcraçının fərdi məlumatlarının Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununa müvafiq olaraq qorunmasını, işlənməsini və təhlükəsizliyini təmin etmək;

4.2.5. Portalın və İstifadəçilərin təhlükəsizliyini təmin etmək məqsədilə İcraçıdan şəxsiyyət vəsiqəsi, VÖEN, məhkumluğun olmaması barədə arayış, müvafiq peşə sertifikatlarının əslini (və ya notariat qaydasında təsdiq edilmiş surətini) və ya digər zəruri tələb etmək. (Qeyd: Tələb olunan sənədlər təqdim edilmədikdə Operator hesabı təsdiqləməmək və ya xəbərdarlıq etmədən bloklamaq hüququnu özündə saxlayır).

4.2.6. Təhlükəsizliyi təmin etmək, dələduzluq və ya platformadan kənar əməkdaşlığa dair gizli sövdələşmə hallarının qarşısını almaq məqsədilə İcraçı ilə İstifadəçi arasındakı fərdi mesajları mütəmadi nəzərdən keçirmək; habelə İcraçının göstərdiyi əlaqə vasitələrinə (SMS, e-poçt və s.) Portalın fəaliyyəti ilə bağlı reklam, yeniliklər və məlumatlandırıcı bildirişlər göndərmək.

4.2.7. Operator İcraçının mütəmadi olaraq Sifarişlərlə təmin olunacağına, göndərdiyi Təkliflərin İstifadəçi tərəfindən qəbul ediləcəyinə və ya onun ümumi gəlir səviyyəsinə dair heç bir zəmanət vermir.

4.2.8. Operator İstifadəçinin ödəmə qabiliyyətini yoxlamır və yerinə yetirilmiş işə (göstərilmiş xidmətə) görə İstifadəçi tərəfindən İcraçıya ödənişlərin edilməməsi, natamam və ya gecikdirilərək ödənilməsi hallarına görə məsuliyyət daşımır. İstifadəçinin hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində İcraçıya, üçüncü şəxslərə, onların əmlakına və ya sağlamlığına dəymiş birbaşa və (və ya) dolayı zərərə, habelə əldən çıxmış faydaya görə Operator hər hansı hüquqi və ya maddi məsuliyyət daşımır. İstifadəçinin seçilməsi, sifarişin şərtlərinin razılaşdırılması və müvafiq məkana (obyektə) daxil olunması ilə bağlı bütün risklər tam həcmdə İcraçının üzərinə düşür və onun tərəfindən qəbul edilir.

4.2.9. Operator İcraçı və İstifadəçi arasında xidmətin keyfiyyəti, qiymətləndirmə, maddi zərər və ya hər hansı digər səbəblərdən yaranan mübahisələrdə tərəf qismində çıxış etmir. Operator yalnız informasiya vasitəçisidir və zərurət yarandıqda tərəflər arasında mediasiya (vasitəçilik) xidməti təklif edə bilər, lakin mübahisələrin həll edilməsinə görə heç bir öhdəlik və ya məsuliyyət daşımır.

4.2.10. İcraçının Portaldakı məlumatlardan istifadə edərək qurduğu digər əlaqələrlə bağlı istənilən mümkün itki və zərərlərə görə Operator məsuliyyət daşımır.

5. Ödəniş Şərtləri və Xidmət Haqqı

5.1. Operator İcraçıya göstərdiyi xidmətlərin müqabilində aşağıdakı ödəniş modellərindən birini və ya bir neçəsini tətbiq etmək hüququnu özündə saxlayır:

5.2. İcraçı tərəfindən ödənişlərin icrası yalnız Operatorun müəyyən etdiyi və Portalda təqdim olunan ödəniş formalarına və şərtlərinə uyğun olaraq həyata keçirilməlidir.

5.3. Təklif göndərilməsi üçün İcraçıdan tutulan məbləğ İstifadəçinin İcraçını seçməməsi, Sifarişdən imtina etməsi və ya əlaqə saxlamaması hallarında geri qaytarılmır. Təklif haqqı işlə təminata zəmanət vermir və yalnız Portalın informasiya-texniki vasitəçilik xidmətinin dəyəri hesab olunur.

5.4. İcraçının komissiya ödənişlərindən yayınmaq məqsədilə İstifadəçi ilə gizli sövdələşməyə girməsi və ya onu Portal xaricində əməkdaşlığa təhrik etməsi halı aşkarlandıqda, İcraçının hesabı bloklanır və balansında olan vəsait cərimə qismində Operatorun xeyrinə tutulur.

6. Əqli Mülkiyyət, Profil Məlumatları və Lisenziya

6.1. İcraçı tərəfindən Portala yüklənən bütün növ materiallar (portfel şəkilləri, video materiallar, mətn təsvirləri və s.) İcraçının mülkiyyəti olaraq qalır. Bununla belə, İcraçı həmin materialları Portala yükləməklə, Operatora onlardan Portalın daxili xidmətlərində, eləcə də rəqəmsal marketinq, sosial media, reklam kampaniyaları və axtarış sistemlərinin optimallaşdırılmasında istifadə etmək, surətini çıxarmaq, çoxaltmaq və nümayiş etdirmək üçün əvəzsiz və müddətsiz hüquq verir.

6.2. İcraçı Portala yüklədiyi materialların (foto, mətn və s.) üçüncü şəxslərin müəlliflik, əqli mülkiyyət və digər hüquqlarını pozmadığına zəmanət verir.

6.3. Portalın proqram təminatı, məlumat bazası, dizaynı, interfeysi, loqotipi və digər əqli mülkiyyət obyektləri müstəsna olaraq Operatora məxsusdur. İcraçı tərəfindən həmin elementlərin surətinin çıxarılması, dəyişdirilməsi və ya hər hansı kommersiya (və ya qeyri-kommersiya) məqsədilə istifadə edilməsi qəti qadağandır və qanunvericiliyə müvafiq olaraq hüquqi məsuliyyət yaradır.

7. Mesajlar və Kommunikasiya Xidməti

7.1. İstifadəçilər və İcraçılar işin detallarını müzakirə etmək üçün Portalın daxili "Mesajlaşma" xidmətindən istifadə etmək hüququna malikdirlər

7.2. Administrasiya təhlükəsizliyi təmin etmək və dələduzluq hallarının qarşısını almaq məqsədilə fərdi mesajları mütəmadi nəzərdən keçirmək hüququnu özündə saxlayır;

7.3. Administrasiya tərəfindən İcraçının təqdim etdiyi əlaqə vasitələrinə (SMS, e-poçt və s.) Portalın fəaliyyəti ilə bağlı müxtəlif məlumatlandırıcı bildirişlər göndərilə bilər.

7.4. Administrasiya İcraçılara Portalın fəaliyyəti, reklam və xəbər göndərişləri, Saytın yeni funksiyaları və s. ilə bağlı İstifadəçilərin göstərdiyi elektron poçt ünvanlarına və ya telefon nömrələrinə həmçinin Portalın özündə də təkrarlanmış ola biləcək elektron məktublar və/və ya qısa mesajlar (SMS) göndərmək hüququnu özündə saxlayır.

8. Müqaviləyə Xitam və Hesabın Silinməsi

8.1. İcraçı tərəfindən Şəxsi kabinetin ləğv edilməsi bu Müqaviləyə xitam verilməsi kimi qiymətləndirilir. Lakin Müqaviləyə xitam verilməsi İcraçını həmin anadək yaranmış və ya icra edilməli olan öhdəliklərin (o cümlədən başa çatdırılmamış sifarişlərin, Operatora olan borcların və komissiyaların və s.) tam yerinə yetirilməsi məsuliyyətindən azad etmir.

8.2. Operator bu Müqavilənin şərtləri pozulduqda, İcraçının reytinqi kritik səviyyəyə düşdükdə və ya İstifadəçilər tərəfindən çoxsaylı əsaslı şikayətlər daxil olduqda, birtərəfli qaydada İcraçının hesabını dərhal bloklamaq və Müqaviləyə xitam vermək hüququna malikdir.

8.3. Dələduzluq hallarının və mənfi rəylərdən yayınma cəhdlərinin qarşısının alınması məqsədilə Şəxsi kabinet ləğv edildikdən sonra 30 (otuz) təqvim günü ərzində eyni telefon nömrəsi və (və ya) e-poçt ünvanı ilə yeni İcraçı profilinin yaradılması qadağandır.

8.4. Portalın funksional imkanlarından istifadəsi məhdudlaşdırılmış və ya məlumatları etibarlılığını itirmiş (bloklanmış) İcraçının Administrasiyanın icazəsi olmadan Portaldan yenidən istifadə etmək hüququ yoxdur.

9. Fors-Major hallar (Qarşısıalınmaz qüvvə)

9.1. Tərəflər fövqəladə və qarşısıalınmaz qüvvə (fors-major) hallarının (təbii fəlakətlər, müharibələr, qlobal və ya lokal internet kəsintiləri, provayder qəzaları, haker hücumları, dövlət orqanlarının qərarları və s.) təsiri nəticəsində bu Müqavilə üzrə öhdəliklərin tam, qismən icra edilməməsinə və ya icrasının gecikdirilməsinə görə məsuliyyətdən azad olunurlar.

9.2. Göstərilən hallarda Portalın fəaliyyətinin müvəqqəti və ya tamamilə dayandırılmasına, habelə məlumatların itirilməsinə görə Operator heç bir məsuliyyət daşımır.

10. Mübahisələrin Həlli və Tətbiq Edilən Hüquq

10.1. Bu Müqavilədən irəli gələn bütün hüquqi münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

10.2. Operator və İcraçı arasında yaranan mübahisələr ilkin olaraq danışıqlar (o cümlədən support@digital-bridge.az ünvanına yazılı müraciət) yolu ilə həll edilir. Razılıq əldə olunmadıqda isə mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.

10.3. Operator istənilən vaxt bu Müqaviləyə birtərəfli qaydada dəyişikliklər etmək hüququna malikdir. Yenilənmiş şərtlər Portalda dərc edildiyi andan qüvvəyə minir və Portaldan istifadənin davam etdirilməsi həmin şərtlərin qəbul olunması kimi qiymətləndirilir.

10.4. Bu Müqavilənin hər hansı müddəasının məhkəmə tərəfindən etibarsız və ya icraedilməz hesab edilməsi digər müddəaların etibarlılığına təsir göstərmir və qalan şərtlər öz hüquqi qüvvəsini saxlayır.

10.5. Bu Müqaviləyə edilən Əlavələr onun ayrılmaz hissəsidir.