Məxfilik Siyasəti
Bu Məxfilik Siyasəti (bundan sonra – "Siyasət") Portalın İstifadəçi Razılaşmasının və İcraçılar üçün İstifadə Şərtlərinin ayrılmaz tərkib hissəsidir.
1. Predmet və Ümumi Müddəalar
1.1. Bu Siyasət istifadəçilərin və icraçıların (ustaların) fərdi məlumatlarının alınması, saxlanılması, işlənməsi, istifadəsi, açılması və mühafizəsi qaydalarını müəyyən edir.
1.2. Fərdi məlumatlar bazasının sərəncamçısı Operatordur.
1.3. Bu Siyasətdə böyük hərflərlə yazılmış terminlər (Operator, Portal, İstifadəçi, İcraçı və s.) İstifadəçi Razılaşmasının 1-ci bölməsində (Terminlər və Təriflər) müəyyən edilmiş mənaları ifadə edir.
2. Fərdi məlumatların işlənilməsi
2.1. Fərdi məlumatların işlənilməsi dedikdə, fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların toplanması, istifadəsi, qeydiyyatı, yazılması, sistemləşdirilməsi, uyğunlaşdırılması, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi) nəzərdə tutulur.
2.2. Fərdi məlumatların işlənilməsinin məqsədləri aşağıdakılardır:
- Operatorun xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə statistik və analitik məlumatların əldə edilməsi;
- Göstərilən xidmət növlərinin əhatə dairəsinin genişləndirilməsi;
- Portal və ya üçüncü şəxslər tərəfindən informasiya, yaxud reklam xarakterli məlumatların (yeni imkanlar, kampaniyalar və digər yeniliklər barədə bildirişlərin) istifadəçiyə çatdırılması;
- İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz, yaxud icazəsiz hərəkətlərinin aşkar edilməsi və qarşısının alınması;
- Qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi.
3. Məlumatların toplanması
3.1. Fərdi məlumatların toplanması, işlənilməsi və halları
İstifadəçinin və ya İcraçının (bundan sonra birlikdə – Məlumat subyekti) fərdi məlumatları Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununun tələblərinə uyğun olaraq, subyektin könüllü və birmənalı razılığı əsasında Portal vasitəsilə toplanır, sistemləşdirilir, qorunur və işlənilir. Fərdi məlumatların toplanması və işlənilməsi aşağıdakı (lakin onlarla məhdudlaşmayan) hallarda həyata keçirilir:
- Qeydiyyat, eyniləşdirmə və sifarişlərin idarə edilməsi zamanı: Portalda şəxsi kabinetin (profilin) yaradılması, qeydiyyatdan keçilməsi, elanın dərc edilməsi, sorğuların göndərilməsi və ya Sifarişin formalaşdırılması məqsədilə müvafiq elektron formalar, anketlər və sahələr doldurulduqda;
- Portala daxil olma və texniki istifadə zamanı: Məlumat subyekti Portala və ya əlaqəli veb-səhifələrinə hər hansı formada daxil olduqda (o cümlədən autentifikasiya, fərdiləşdirmə, IP-ünvanlar, cihaz məlumatları, geolokasiya və "cookies" fayllarının avtomatik qeydə alınması zamanı);
- Marketinq və məlumatlandırma fəaliyyəti çərçivəsində: Portal tərəfindən təşkil edilən məlumatlandırma, bildiriş (push-bildirişlər), SMS-məlumatlandırma və xəbər göndərişlərinə (bülletenlərə), kampaniyalara, habelə loyallıq proqramlarına abunə yazıldıqda və ya qoşulduqda;
- Xidmət keyfiyyətinin yoxlanılması və təhlili zamanı: Portalın fəaliyyət keyfiyyətinin artırılması, texniki xətaların aradan qaldırılması və istifadəçi məmnuniyyətinin ölçülməsi məqsədilə istifadəçilər arasında rəy sorğuları, anketləşdirmə, səsvermə və daxili analitik tədqiqatlar keçirildikdə;
- Əks-əlaqə və müştəri xidmətləri ilə ünsiyyət zamanı: Məlumat subyekti Portalın dəstək xidmətinə, qaynar xəttinə, rəsmi elektron poçt ünvanına və ya sosial media hesablarına müraciət etdikdə, şikayət, təklif və ya sorğu göndərdikdə (o cümlədən, təhlükəsizlik məqsədilə audio/video zənglərin yazılması halları daxil olmaqla);
- Maliyyə və hesablaşma əməliyyatları zamanı: Xidmət haqlarının ödənilməsi, komissiyaların hesablanması, hesablama-faktura sənədlərinin formalaşdırılması və maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi məqsədilə müvafiq məlumatlar təqdim edildikdə;
- Digər funksional hallarda: Portaldan, onun təqdim etdiyi cari, yenilənmiş və ya gələcəkdə tətbiq olunacaq xidmətlərdən birbaşa və ya dolayı istifadə ilə bağlı yaranan və bu Razılaşmanın mahiyyətindən irəli gələn digər bütün hallarda.
3.2. İstifadəçi və İcraçı (usta) Portalda özü haqqında fərdi məlumatların və hər hansı digər informasiyanın təqdim edilməsi barədə sərbəst və könüllü qərar qəbul edir. Bununla da o, fərdi məlumatların və digər informasiyanın Administrasiya tərəfindən işlənilməsinə, habelə bu məqsədlə Administrasiyanın tapşırığı əsasında fəaliyyət göstərən digər istifadəçilərə və (və ya) üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirmiş olur.
3.3. Operator Portal vasitəsilə aşağıdakı məlumatları toplayır:
- Qeydiyyatdan keçərkən və ya Sifariş yaradarkən təqdim edilən ad, soyad, mobil telefon nömrəsi və elektron poçt ünvanı;
- Sifarişin icra ediləcəyi dəqiq coğrafi ünvan və ya GPS vasitəsilə təyin olunan cari yerləşmə məlumatları;
- Portala daxil olarkən proqram təminatı tərəfindən avtomatik toplanan İP ünvanı, cihazın növü, əməliyyat sistemi, brauzer məlumatları və sistemə son giriş vaxtı;
- Hesaba sosial şəbəkələr (məsələn, Facebook, Google və s.) vasitəsilə daxil olunduqda həmin profilin ictimaiyyətə açıq olan məlumatları.
- Portal daxilində ödənişli xidmətlərdən istifadə edildikdə, tranzaksiyanın icrası üçün zəruri olan maliyyə rekvizitləri (bank kartı məlumatları və s.) toplanılması (və ya birbaşa xidmət göstərən tərəfdaş ödəniş sistemi tərəfindən şifrələnmiş şəkildə emal edilməsi).
- Təhlükəsizliyin təmin edilməsi və dələduzluq hallarının qarşısının alınması məqsədilə Portalın daxili "Mesajlaşma" xidməti vasitəsilə istifadəçilər və icraçılar arasında aparılan yazışmaların (mesajların) məzmunu.
- Portala daxil olarkən proqram təminatı tərəfindən avtomatik olaraq toplanan digər məlumatlar.
3.4. Administrasiya istifadəçilər və icraçılar (ustalar) tərəfindən təqdim edilmiş şəxsi və ya digər məlumatları Portala aidiyyəti olmayan üçüncü şəxslərə ötürmür. Fərdi məlumatların ötürülməsinə yalnız aşağıdakı hallarda yol verilir:
- İstifadəçinin (və ya icraçının) məlumatların ötürülməsinə dair birbaşa razılığı olduqda;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulduqda;
4. Məlumatların İşlənməsi Məqsədləri
4.1.Fərdi məlumatlar yalnız aşağıdakı məqsədlər üçün istifadə edilir:
- İstifadəçi və İcraçı arasında əlaqənin qurulması və Sifarişlərin icrasının təmin edilməsi;
- Portalın xidmət keyfiyyətinin artırılması, habelə statistik və analitik araşdırmaların aparılması;
- İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz hərəkətlərinin (o cümlədən dələduzluq hallarının) qarşısının alınması;
- Yeni funksiyalar, kampaniyalar və sistem yenilənmələri barədə (SMS, elektron poçt və s. vasitəsilə) məlumatlandırmanın həyata keçirilməsi.
5. Məlumatların Ötürülməsi və Qabaqcadan Razılıq Sistemi
5.1. İstifadəçinin ünvanı və əlaqə nömrəsi yalnız istifadəçi tərəfindən sifariş yaradıldıqdan və müəyyən bir icraçı (usta) təsdiqləndikdən sonra həmin icraçıya ötürülür. Sifarişin təsdiqləndikdən sonra fərdi məlumatlarının konkret icraçıya ötürülməsinə birmənalı və qabaqcadan razılıq vermiş hesab olunur.
5.2. İcraçı (usta) ona ötürülmüş istifadəçi məlumatlarından yalnız sifarişin icrası məqsədilə istifadə etməyə borcludur. Həmin məlumatlardan reklam, spam göndərilməsi və ya üçüncü şəxslərə ötürülməsi məqsədilə istifadə edilməsi qəti qadağandır.
6. Məlumatların Təhlükəsizliyi və Saxlanma Müddəti
6.1 Operator toplanmış məlumatların icazəsiz girişdən, dəyişdirilmədən və məhv edilmədən qorunması məqsədilə müasir şifrələmə üsullarından və kənar müdaxilələrdən mühafizə olunan serverlərdən istifadə edir.
6.2. Fərdi məlumatlar istifadəçinin və ya icraçının şəxsi kabineti aktiv olduğu müddətdə, habelə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində saxlanılır.
6.3. İstifadəçi və ya icraçı fərdi məlumatlarının sistemdən tamamilə silinməsi barədə müvafiq əlaqə vasitələri ilə Operatora rəsmi sorğu göndərə bilər. Belə sorğu daxil olduqda, həmin şəxs barəsində toplanmış bütün fərdi məlumatlar silinir və gələcəkdə həmin məlumatlardan istifadə etməklə Portala girişin təmin edilməsinə zəmanət verilmir.
7. Kuki (cookies) faylları, veb-mayaklar və oxşar texnologiyalar
7.1. Portal sistemə girişi asanlaşdırmaq, xidmətlərin keyfiyyətini artırmaq, təhlükəsizliyi təmin etmək, habelə istifadəçi fəaliyyətini (vebsayta daxilolma, elektron məktubların açılması və istifadəçi interaksiyası) izləmək məqsədilə kuki (cookies) faylları və veb-mayaklardan (səhifələrə, yaxud elektron məktublara yerləşdirilmiş xüsusi kodlar və ya görünməz qrafik təsvirlər) istifadə edə bilər.
7.2. Portaldan istifadəyə davam etməklə istifadəçi öz cihazında kuki fayllarının saxlanılmasına razılıq vermiş hesab olunur. İstifadəçi istənilən vaxt cihazının və ya brauzerinin parametrləri, eləcə də xüsusi proqram əlavələri vasitəsilə kuki fayllarını bloklaya, silə və ya bu texnologiyaları bilavasitə idarə edə bilər.
7.3. Operator Portalın texniki fəaliyyətini və xidmətlərin istifadəçiyə tam həcmdə göstərilməsini təmin etmək məqsədilə səlahiyyətli texniki tərəfdaşların (təchizatçıların) xidmətlərindən istifadə edir. Həmin tərəfdaşlar Portal vasitəsilə istifadəçinin cihazında kənar kuki (third-party cookies) faylları yerləşdirmək, habelə anonimləşdirilmiş analitik məlumatları, İP ünvanlarını və digər eyniləşdiriciləri toplamaq hüququna malikdirlər.
8. Tərəflərin Digər Hüquq və Vəzifələri
8.1. İstifadəçi (və ya İcraçı) təqdim etdiyi məlumatların doğruluğuna və dürüstlüyünə görə bilavasitə məsuliyyət daşıyır və istənilən vaxt şəxsi kabineti vasitəsilə həmin məlumatlarda müvafiq düzəlişlər edə bilər.
8.2. Portal daxilində istifadəçilər və icraçılar arasında arzuolunmaz qarşılıqlı əlaqələrin (və ya müdaxilələrin) minimuma endirilməsi məqsədilə Operator istənilən vaxt birtərəfli qaydada istifadəçinin (və ya icraçının) əlaqə məlumatlarına çıxışı məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
8.3. Digər istifadəçiyə aid fərdi məlumatlardan onun qabaqcadan alınmış yazılı razılığı olmadan hər hansı formada istifadə edilməsi qəti qadağandır. Bu qaydanın pozulması halı aşkar edildikdə, qaydanı pozan tərəfin hesabının fəaliyyətinə dərhal xitam veriləcəkdir.
8.4. İstifadəçinin fərdi məlumatları Sifarişin icrası məqsədilə İcraçıya ötürüldükdən sonra, həmin məlumatların İcraçı tərəfindən üçüncü şəxslərə ötürülməsinə, reklam məqsədilə və ya hər hansı digər qanunsuz istifadəsinə görə Operator heç bir məsuliyyət daşımır.
9. Siyasətə Dəyişikliklər Edilməsi
9.1. Operator mövcud qanunvericiliyin tələblərinə və ya Portalın funksionallığına uyğun olaraq istənilən vaxt bu Siyasətə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır.
9.2. Siyasətə dəyişikliklər edildikdən sonra Portaldan istifadənin davam etdirilməsi İstifadəçi (və ya İcraçı) tərəfindən Siyasətin yeni redaksiyasının tam və şərtsiz qəbul edilməsi hesab olunur. Dəyişikliklərlə razılaşmayan tərəf Portaldan istifadəni dərhal dayandırmalıdır.
9.3. Fərdi məlumatların işlənilməsi və bu Siyasətin tətbiqi ilə əlaqədar yaranan bütün hüquqi münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Yaranan hər hansı mübahisə İstifadəçi Razılaşmasının 9-cu bölməsinə uyğun olaraq həll edilir.